Şolts Ukraynaya təcili dəstək üçün fond təsis edilməli olduğunu deyib

Şolts Ukraynaya təcili dəstək üçün fond təsis edilməli olduğunu deyib
# 19 may 2022 16:12 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Ukraynanın bərpası üçün həmrəylik fondu təsis etməlidir.

APA-nın BBC-yə istinadən xəbərinə görə, bunu Almaniya kansleri Olaf Şolts deyib.

O qeyd edib ki, Aİ Ukraynanın yenidən inşasına bərpa prosesinə yardım edəcək fondun təsis edilməsi ilə hazırlaşmalıdır. Şolts, Ukrayna üçün praqmatik, təcili dəstəyə fokuslanmasının zəruri olduğunu vurğulayıb.

“Dağıdılmış infrastrukturun yenidən inşası və Ukrayna iqtisadiyyatının yenidən canlandırılması milyardlara başa gələcək. Biz Aİ olaraq həm ittifaq, həm də onun tərəfdaşları tərəfindən maliyyələşdiriləcək həmrəylik fondunun əsasının qoyulmasına başlamalıyıq”, - Şolts bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR