Azərbaycandan Gürcüstana 6 443 970 litr yanacağın qanunsuz keçirilməsinin qarşısı alınıb

Azərbaycandan Gürcüstana 6 443 970 litr yanacağın qanunsuz keçirilməsinin qarşısı alınıb
# 27 iyun 2022 14:47 (UTC +04:00)

Son 6 ay ərzində “Sınıq körpü” və “Laqodexi” gömrük-keçid məntəqələri vasitəsilə Azərbaycandan Gürcüstana 6 443 970 litr yanacağın qanunsuz keçirilməsinin qarşısı alınıb.

APA-nın yerli bürosu xəbər verir ki, məlumatı Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti yayıb. Bildirilib ki, əsasən yük maşını sürücüləri kustar üsullarla hazırlanmış yanacaq çənlərində Gürcüstana qanunsuz yanacaq keçirilməsinə cəhd edirlər. Nazirlik yük maşını sürücülərini qanunsuz əməllərdən çəkinməyə çağırıb.

Qeyd olunub ki, Gürcüstanın gömrük xidməti sərhəd-keçid məntəqələrindən ölkəyə qanunsuz yanacaq idxalının qarşısının alınması ilə bağlı ciddi nəzarət həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR