“Soxnut” təşkilatı Moskvadakı ofisini İsrailə köçürür

“Soxnut” təşkilatı Moskvadakı ofisini İsrailə köçürür
# 24 iyul 2022 01:09 (UTC +04:00)

“Soxnut” Beynəlxalq Yəhudi Təşkilatı Moskvadakı nümayəndəliyini Tel-Əvivə köçürməyi planlaşdırır.

APA-nın TASS-a istinadla məlumatına görə, bu barədə “Jerusalem Post” nəşri xəbər yayıb.

Qeyd olunur ki, təşkilat İsrailə köçmək istəyən Rusiya vətəndaşları ilə məsafədən işləməyə davam edəcək. “Soxnut”un Moskvanı tərk etməsinə səbəb Rusiya Ədliyyə Nazirliyinin təşkilatın ləğvi üçün məhkəməyə müraciət etməsi olub. Təşkilat yaranmış vəziyyətin həllini qeyri-mümkün sayır.

Qəzetin yazdığına görə, distant iş rejimi yaşlı insanlar üçün çətinlik yaradacaq. Yaxın illərdə Rusiyadan İsrailə köçənlərin sayı ciddi şəkildə azalacaq.

Qeyd edək ki, iyulun 22-də Ədliyyə Nazirliyi Rusiyada qeyri-kommersiya təşkilatı statusu ilə fəaliyyət göstərən “Soxnut” Beynəlxalq Yəhudi Təşkilatının ləğv edilməsi üçün iddia qaldırıb. İş üzrə ilk məhkəmə iclası iyulun 28-nə təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR