Şoyqu: 2 saatlıq döyüşdə Ukrayna 30 tank, 11 PDM və 350-yə yaxın hərbçi itirib

Şoyqu: 2 saatlıq döyüşdə Ukrayna 30 tank, 11 PDM və 350-yə yaxın hərbçi itirib
# 08 iyun 2023 16:50 (UTC +04:00)

Rusiya müdafiə naziri Sergey Şoyqu Ukrayna tərəfinin ötən gecə verdiyi hərbi itkiləri açıqlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Şoyqunun sözlərinə görə, iki saatlıq döyüş nəticəsində Ukrayna itkiləri 30 tank, 11 piyada döyüş maşını, 350 nəfərə şəxsi heyət olub.

Şoyqu bildirib ki, Ukraynanın əks-hücumun üçün xüsusi hazırlanmış ehtiyat qüvvələri öz tapşırıqlarını yerinə yetirməyib:

"Ümumilikdə son sutka ərzində Ukraynanın itkiləri 945 nəfər, 33 tank, 28 piyada döyüş maşını, 38 zirehli döyüş maşını, 3 özüyeriyən “Krab”qurğusu olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR