Şoyqu “Azovstal”dakı döyüşçülərin təslim olmaqdan imtina etdiyini bildirib

Şoyqu “Azovstal”dakı döyüşçülərin təslim olmaqdan imtina etdiyini bildirib
# 04 may 2022 13:21 (UTC +04:00)

Ukraynanın Mariupoldakı hərbi qruplaşmasının qalıqları “Azovstal” metallurgiya kombinatında etibarlı şəkildə bloklanıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bu gün müşavirədə bildirib.

“Ali Baş Komandanın göstərişinə uyğun olaraq, "Azovstal" zavodunun sənaye zonasında yerləşən yaraqlıların qalıqları bu ərazinin bütün perimetri boyu etibarlı şəkildə bloklanıb. Millətçilərə beynəlxalq hüquq normalarına uyğun olaraq insan həyatının xilas edilməsi və layiqli rəftar zəmanəti ilə mülki şəxslərin azad edilməsi, silahlarını yerə qoyulması ilə bağlı dəfələrlə edilən təkliflərə məhəl qoyulmayıb. Biz bu cəhdləri davam etdiririk”, - Şoyqu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR