Şoyqu: “İki həftədə Ukrayna ordusu 5469 nəfər itki verib”

Sergey Şoyqu

© APA | Sergey Şoyqu

# 04 iyul 2022 14:42 (UTC +04:00)

Rusiya müdafiə naziri Sergey Şoyqu Ukraynadakı müharibənin gedişatı barədə Prezident Vladimir Putinə məruzə edib.

APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Şoyqu xüsusi əməliyyatın gedişi barədə prezidentə məruzəsində Luqanskın nəzarətə götürülməsi barədə əməliyyatın uğurla həyata keçirildiyini bildirib.

Onun sözlərinə görə, Lisiçansk şəhəri minalardan təmizlənir.

Şoyqu iki həftə ərzində Ukrayna ordusunun itkilərinin 5469 nəfər təşkil etdiyini də qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR