Şoyqu: “Mariupol Rusiya Ordusunun nəzarəti altındadır”

Sergey Şoyqu

© APA | Sergey Şoyqu

# 04 may 2022 13:02 (UTC +04:00)

Rusiya Ordusu Mariupola nəzarət edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bu gün keçirdiyi müşavirədə deyib.

Onun sözlərinə görə, Luqansk və Donetskdə dinc həyat bərqərar olur: “Luqansk və Donetsk Respublikalarında və millətçilərdən azad edilmiş Ukrayna ərazilərində, o cümlədən Azov dənizinin ən böyük sənaye və nəqliyyat qovşağı olan Mariupolda dinc həyat bərqərar olur. Mariupol Rusiya Ordusunun nəzarəti altındadır”, - Rusiya müdafiə naziri bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR