Şoyqu: Qərb KTMT ölkələri arasında müttəfiqlik münasibətlərini pozmaq istəyir

Şoyqu: Qərb KTMT ölkələri arasında müttəfiqlik münasibətlərini pozmaq istəyir
# 24 may 2022 14:34 (UTC +04:00)

Rusiya KTMT-dəki müttəfiqlərinə hərtərəfli dəstək verəcək.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu KTMT Müdafiə Nazirləri Şurasının videokonfrans formatında keçirilən iclasında bildirib.

"Qərb ölkələri KTMT dövlətləri arasında müttəfiqlik münasibətlərini pozmaq üçün məqsədyönlü iş aparır. Biz bilirik ki, müttəfiqlərimizə hansı təzyiqlər edilir. Açıq təhdidlər, şantaj, intriqalardan istifadə olunur. Bütün bunlar bizdən daha da çox birlik, daha aktiv və fəaliyyətimizi daha aydın əlaqələndirməyi tələb edir. Rusiya yaranan təhdidlərin neytrallaşdırılması və suverenliyin müdafiəsində müttəfiqlərinə lazımi yardımı göstərməyə davam edəcək”, - deyə Rusiya müdafiə naziri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR