Şoyqu Ukrayna PUA-larının məhv edilməsinin effektivliyini artırmağı əmr edib

Sergey Şoyqu

© APA | Sergey Şoyqu

# 20 iyul 2022 10:45 (UTC +04:00)

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Silahlı Qüvvələrin “Qərb” qrupunun yoxlanışı zamanı Rusiya ilə həmsərhəd ərazilərdə pilotsuz uçuş aparatlarının (PUA) məhv edilməsinin effektivliyinin artırılması barədə göstəriş verib.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazir komanda məntəqəsində qrup komandiri general-leytenant Andrey Sıçevin hazırkı vəziyyət və məsuliyyət zonasında yerinə yetirilən döyüş tapşırıqları barədə məruzəsini dinləyib.

Dinləmədən sonra ordu generalı Sergey Şoyqu Rusiya ilə sərhəd rayonlar üzərində düşmənin pilotsuz uçuş aparatlarının məhv edilməsinin səmərəliliyinin daha da artırılması barədə göstərişlər verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR