Şoyqu Ukraynada hərbi əməliyyatların tempinin ləngimə səbəbini açıqlayıb

Şoyqu Ukraynada hərbi əməliyyatların tempinin ləngimə səbəbini açıqlayıb
# 24 may 2022 14:52 (UTC +04:00)

Rusiya mülki əhalinin təxliyəsinə imkan vermək və tələfatına yol verməmək üçün Ukraynada xüsusi əməliyyatın keçirilməsi tempini bilərəkdən ləngidir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

"Sakinlərin mühasirəyə alınmış yaşayış məntəqələrini tərk etməsi üçün sükut rejimləri elan edilir və humanitar dəhlizlər yaradılır”, - o, KTMT-in Müdafiə Nazirliyinin rəhbərləri şurasının iclasında vurğulayıb.

Şoyqu qeyd edib ki, Rusiya qoşunları, Ukrayna Silahlı Qüvvələrindən fərqli olaraq, mülki əhalinin ola biləcəyi mülki infrastruktura zərbələr endirmir. Onun sözlərinə görə, düşmənin atəş mövqeləri və hərbi obyektləri yüksək dəqiqlikli silahların köməyi ilə vurulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR