Şoyqu: “Ukraynanın nüvə silahı yaratması ilə bağlı real təhlükə var idi”

Şoyqu: “Ukraynanın nüvə silahı yaratması ilə bağlı real təhlükə var idi”
# 24 may 2022 14:29 (UTC +04:00)

Ukraynanın nüvə silahı yaratması ilə bağlı real təhlükə var idi.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu KTMT ölkələrinin Müdafiə Nazirləri Şurasının iclası zamanı bildirib.

“Ukraynanın nüvə silahı və onların çatdırılması vasitələri yaradacağına dair real təhlükə yaranmışdı”, - deyə Şoyqu vurğulayıb.

O bildirib ki, NATO Ukraynanı Rusiyaya düşmən dövlətə çevirərək, onu Moskvaya təzyiq alətinə çevirib: “Şimali Atlantika Alyansı bizim sərhədlərimizə yaxınlaşdı və döyüş potensialını dəfələrlə artırdı. Ukraynanın NATO-ya qoşulması, ərazisində koalisiya hərbi infrastrukturunun yerləşdirilməsi üçün səylər gücləndirildi və Rusiyaya təzyiq aləti kimi bizə düşmən olan dövlətə çevrildi”.

Şoyqu xatırladıb ki, Ukrayna ərazisində ABŞ-ın hərbi-bioloji proqramında iştirak edən 30-dan çox bioloji laboratoriyadan ibarət şəbəkəsi formalaşdırılıb: “Sənədlərlə təsdiq edilib ki, araşdırmalar gizli şəkildə, beynəlxalq öhdəliklər pozularaq aparılıb. Sərhədlərimizin bilavasitə yaxınlığında faktiki olaraq bioloji silahların komponentləri yaradılıb, epidemioloji vəziyyətin sabitliyini pozmaq üsulları üzərində iş aparılıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR