Əşrəf Hakimi "İnter"lə 5 illik müqavilə bağlayıb

Əşrəf Hakimi "İnter"lə 5 illik müqavilə bağlayıb
# 30 iyun 2020 23:11 (UTC +04:00)

"Real"ın müdafiəçisi Əşrəf Hakiminin "İnter"ə transferi həll olunub.

Apasport.az saytının məlumatına görə, gənc futbolçu "neradzurra" ilə müqavilə imzalayıb.

Bu gün Milana yollanaraq tibbi müayinədən keçən 22 yaşlı cinah oyunçusu yeni klubu ilə 5 illik sazişə qol çəkib. "Real" bu transferdən təxminən 40 milyon avroluq gəlir əldə edəcək. "İnter" qısa müddətdə keçidi rəsmən açıqlamağa hazırlaşır.

Qeyd edək ki, Əşrəf Hakimi başa çatmaqda olan mövsümü icarə əsasında Dortmund "Borussiya"sında keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR