SSRİ-nin rəhbər şəxslərindən Rafik Nişanov vəfat edib

Rafik Nişanov

© APA | Rafik Nişanov

# 12 yanvar 2023 15:10 (UTC +04:00)

Özbəkistan Kommunist Partiyasının keçmiş sədri, SSRİ Ali Sovetinin Millətlər Şurasının sədri olmuş Rafik Nişanov 96 yaşında vəfat edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə onun ailəsinə yaxın jurnalist Raximcon Sultanov bildirib.

Onun məlumatına görə, 1989-cu ildən Moskvada yaşayan Nişanov Rusiyada vəfat etməyib. Hazırda onun ailəsi mərhumun harda dəfn ediləcəyini müəyyənləşdirməyə çalışır.

Rafik Nişanov ya Cenevrədə, həyat yoldaşının yanında, ya da Özbəkistanda dəfn edilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR