Stoltenberq: Finlandiya yazda NATO-ya üzv ola bilər

Stoltenberq: Finlandiya yazda NATO-ya üzv ola bilər
# 21 mart 2023 20:32 (UTC +04:00)

Finlandiya mayın 14-də Türkiyədə keçiriləcək parlament seçkilərinə qədər Şimali Atlantika Alyansına üzv ola bilər.

APA-nın məlumatına görə, bunu martın 21-də NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Mən zəmanət almışam ki, Macarıstan parlamenti Finlandiyanın üzvlük protokolunu tezliklə ratifikasiya edəcək və Türkiyə parlamenti bunu seçkilərdən əvvəl edəcək. Ona görə də mən Finlandiyanın Türkiyədə seçkilərindən əvvəl NATO üzvü olmasını gözləyirəm. İsveçə gəlincə, mən konkret tarixlər deyə bilmərəm, lakin onun daxil olması prioritetdir”, - Stoltenberq bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR