Stoltenberq: "Ukraynada müharibə bitsə belə, Qərb-Rusiya münasibətləri normallaşmayacaq"

Stoltenberq: "Ukraynada müharibə bitsə belə, Qərb-Rusiya münasibətləri normallaşmayacaq"
# 15 yanvar 2023 21:31 (UTC +04:00)

Rusiya-Qərb münasibətləri Ukraynadakı müharibə bitsə belə, düzəlməyəcək.

APA xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq “Handelsblatt” qəzetinə müsahibəsində bildirib.

“Əvvəlki kimi olmayacaq. Ukraynada silah səsləri sussa belə, biz Rusiya ilə münasibətlərimizin normallaşacağını gözləmirik”, - deyə Stoltenberq bildirib.

Baş katib həmçinin qeyd edib ki, Qərb böyük resursa sahib olsa da Rusiyanı gözündə kiçiltməməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR