T-90M tanklarının yeni partiyası Rusiya ordusuna göndərilib

T-90M tanklarının yeni partiyası Rusiya ordusuna göndərilib
# 12 yanvar 2023 12:25 (UTC +04:00)

T-90M tanklarının yeni partiyası Rusiya Müdafiə Nazirliyinə göndərilib.

T-90M “Prorıv” tanklarının yeni partiyası Rusiya Müdafiə Nazirliyinə göndərilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə “Uralvaqonzavod” məlumat yayıb.

Ağır hərbi texnika istehsal edən zavoddan bildirilib ki, Nijni Tagildə tank istehsal edən konveyerlər gecə-gündüz işləyir.

Qeyd edək ki, Rusiya ötən ilin fevralın 24-dən Ukrayna ilə müharibəyə başlayıb. Rəsmi Moskvanın xüsusi hərbi əməliyyat adı verdiyi müharibə başlayandan ölkənin hərbi sənayesinin gücləndirilmiş iş rejiminə keçdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR