Tacikistan sərhəd məsələsini diplomatik yolla həll edəcəyini bəyan edib

Sirociddin Muhriddin

© APA | Sirociddin Muhriddin

# 24 sentyabr 2022 23:04 (UTC +04:00)

Tacikistan Qırğızıstanla sərhəddəki konflikti siyasi-diplomatik yolla həll edəcək.

APA xəbər verir ki, bunu Tacikistanın Xarici işlər naziri Sirociddin Muhriddin BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı bildirib.

“Tacikistan və Qırğızıstan bütün ikitərəfli məsələlərin istisnasız olaraq siyasi-diplomatik yolla həllinə qərar verib. Tacikistan bu prinsipə sadiqdir və sadiq qalacaq” – deyə diplomat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR