Tacikistanda 4,3 bal gücündə zəlzələ olub

Tacikistanda 4,3 bal gücündə zəlzələ olub
# 05 fevral 2023 02:59 (UTC +04:00)

Tacikistanda 4,3 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 30 min insanın yaşadığı Xoroq şəhərindən 34 kilometr cənub-şərqdə yerləşib.

Zəlzələ ocağı yerin 113 kilometr dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR