Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində təhlükəsizlik qüvvələri ilə qanunsuz cinayətkar dəstə üzvləri arasında döyüş olub.
APA TASS-a istinadən xəbər verir ki, Ruşan rayonunda Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin antiterrror dəstəsinə hücum zamanı 1 zabit həlak olub, 13 hərbçi isə yaralanıb.
Hadisə zamanı 8 silahlı şəxsin öldürüldüyü, 11 nəfərin yaralandığı və 70-dən artıq qanunsuz birləşmə üzvünün saxlanıldığı açıqlanıb.