Tacikistanda təhlükəsizlik qüvvələrinin 1 əməkdaşı öldürülüb, 13 nəfər yaralanıb

Tacikistanda təhlükəsizlik qüvvələrinin 1 əməkdaşı öldürülüb, 13 nəfər yaralanıb
# 18 may 2022 15:42 (UTC +04:00)

Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində təhlükəsizlik qüvvələri ilə qanunsuz cinayətkar dəstə üzvləri arasında döyüş olub.

APA TASS-a istinadən xəbər verir ki, Ruşan rayonunda Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin antiterrror dəstəsinə hücum zamanı 1 zabit həlak olub, 13 hərbçi isə yaralanıb.

Hadisə zamanı 8 silahlı şəxsin öldürüldüyü, 11 nəfərin yaralandığı və 70-dən artıq qanunsuz birləşmə üzvünün saxlanıldığı açıqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR