Tbilisidə aksiyalar zamanı xəsarət alanların sayı 6-ya, saxlanılanların sayı 37-yə çatıb - YENİLƏNİB

Tbilisidə aksiyalar zamanı xəsarət alanların sayı 6-ya, saxlanılanların sayı 37-yə çatıb - YENİLƏNİB
# 19 noyabr 2019 00:24 (UTC +04:00)

Tbilisidə parlament binası ətrafında keçirilən etiraz aksiyasının dağıdılması zamanı saxlanılanların sayı 37 nəfərə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Aksiyanın dağıdılması zamanı 6 nəfərin də xəsarət aldığı bildirilib. Onlardan ikisi polisdir.

***

Saat 20:12

Tbilisidə etiraz aksiyasının dağıdılması zamanı biri polis əməkdaşı olmaqla 3 nəfər xəsarət alıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, yaralılar xəstəxanalara yerləşdirilib. Polisin baş nahiyəsindən xəsarət aldığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR