Tbilisidə etirazçılar parlamentin girişlərində barrikadalar qurublar

Tbilisidə etirazçılar parlamentin girişlərində barrikadalar qurublar
  • Clock-gray 23:11
  • calendar-gray 17 Noyabr 2019

Tbilisidə parlament binası qarşısında etiraz aksiyası davam edir. 

APA-nın yerli bürosu xəbər verir ki, nümayişçilər parlamentin girişlərinə qum doldurulmuş kisələrlə barrikadalar qurublar. Gecə boyu keşik çəkəcəklərini bildirən etirazçılar tələbləri qəbul edilənədək millət vəkillərinin qanunverici orqana buraxılmayacağını bildiriblər.     

Qeyd edək ki, noyabrın 14-də parlamentin plenar iclasında keçirilən səsvermə zamanı 2020-ci ildə proporsional qaydada parlament seçkilərinin keçirilməsini nəzərdə tutan konstitusiya layihəsini qəbul edilməməsi müxalifətin geniş narazılığına səbəb olub. Dörd gündür ki, davam edən aksiyalarda hakim partiya qarşısında üç əsas tələb irəli sürülüb. Etirazçılar müvəqqəti hökümətin təsis edilməsini, 2020-ci ildə proporsional seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsini və Mərkəzi Seçki Komissiyasının hazırkı tərkibinin dəyişdirilməsini tələb edirlər. Tələblər yerinə yetirilənədək aksiyaların davam etdiriləcəyi bildirilib.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date