Tehranda uşaqlar arasında Omicrona və qripə yoluxmaların sayı bərabərdir

Tehranda uşaqlar arasında Omicrona və qripə yoluxmaların sayı bərabərdir
# 19 yanvar 2022 14:02 (UTC +04:00)

İranın paytaxtı Tehranda xəstəxanaya müraciət edənlərin 50 faizi koronavirusun Omicron ştamına yoluxanlardır.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın koronavirusla mübarizə qərargahının Tehran əyaləti üzrə sədr müavini Nadir Təvəkküli deyib.

Onun sözlərinə görə, son 3 həftə ərzində Tehranda xəstəxanaya müraciət edənlərin sayı 40 faiz artıb.

Təvəkküli qeyd edib ki, 10 yaşdan aşağı uşaqlarda koronavirusun Omicron ştamı və qripə yoluxma sayı bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR