Ter-Petrosyan: Koçaryanın məqsədi Paşinyanı devirmək, Paşinyanın məqsədi isə hakimiyyətini saxlamaqdır

Paşinyan, Ter-Petrosyan, Koçaryan

© APA | Paşinyan, Ter-Petrosyan, Koçaryan

# 04 oktyabr 2022 17:53 (UTC +04:00)

Ermənistanın sabiq prezidenti Robert Koçaryan Baş nazir Nikol Paşinyanı devirməyə cəhd edir, ikinci isə öz hakimiyyətini qorumağa çalışır və bunun da nəticəsində siyasi dialoq alınmır.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan deyib.

Onun fikirlərini mətbuat katibi Arman Musinyan sosial şəbəkələrdə yayıb.

“Hakimiyyətlə müxalifət arasında dialoqun pozulmasının günahkarları Köçəryan və Paşinyandır”, – o əlavə edib.

Musinyanın sözlərinə görə, Ter-Petrosyanın dünən bildirdiyi fikirlərdən sonra bir çoxları elə düşünüb ki, tərəflər arasında dialoqa Ter-Petrosyan mane olub. O isə belə hesab edir ki, əslində dialoqun pozulmasına səbəb Robert Koçaryanın 3 saatlıq mətbuat konfransı və Nikol Paşinyanın 2 saatlıq müsahibəsi olub.

Ter-Petrosyan belə bir qənaətə gəlib ki, Koçaryan hansı yolla olursa olsun, Paşinyanı devirməyə, Paşinyan isə istənilən vasitələrlə hakimiyyətini qoruyub saxlamağa çalışır və bunun nəticəsində dialoq üçün bütün körpülər dağıdılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR