Ter-Petrosyan Rusiya səfiri ilə görüşüb

Ter-Petrosyan Rusiya səfiri ilə görüşüb
# 08 iyun 2023 16:48 (UTC +04:00)

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkinlə görüşüb.

APA "armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan məlumat verib.

Bildirilib ki, Levon Ter-Petrosyanın təşəbbüsü ilə baş tutan görüş onun şəxsi evində keçirilib.

Tərəflər görüş zamanı demək olar ki, Ermənistan ictimaiyyətini narahat edən bütün problemlərə toxunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR