Tokayev: Aİ Qazaxıstanın aparıcı ticarət tərəfdaşıdır və ən böyük investorudur

Şarl Mişel - Kasım-Jomart Tokayev

© APA | Şarl Mişel - Kasım-Jomart Tokayev

# 02 iyun 2023 15:55 (UTC +04:00)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsi ilə Avropa İttifaqı (Aİ) arasında strateji tərəfdaşlığın prioritet xüsusiyyətini vurğulayıb.

APA xəbər verir ki, Qazaxıstan Prezident Administrasiyasının (Ak Orda) mətbuat xidməti bununla bağlı məlumat yayıb.

Bildirilib ki, Qazaxıstan lideri Qırğızıstanda keçirilən Mərkəzi Asiya və Aİ ölkələrinin ikinci sammiti çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşdə ölkəsi ilə Aİ arasında genişlənmiş tərəfdaşlıq və qarşılıqlı əməkdaşlıq haqqında sazişin dərin qarşılıqlı fəaliyyətin yeni mərhələsinin başlanğıcı olmasını qeyd edib.

Tokayev Qazaxıstanla Aİ ölkələri arasında strateji tərəfdaşlığının prioritet xüsusiyyətini açıqlayıb:

“Hazırda Aİ Qazaxıstanın aparıcı ticarət tərəfdaşıdır və ölkə iqtisadiyyatının ən böyük investorudur”.

Görüş zamanı Şarl Mişel Aİ ilə Qazaxıstan arasında əməkdaşlığın artan dinamikasını yüksək qiymətləndirərək tərəfdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.

Həmçinin əlavə olunub ki, tərəflər arasında qlobal və regional gündəliyə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR