Tokayev: “Almatı yaxınlığında hava-desant bölməsi ilə terrorçu dəstələr arasında döyüş gedir”

Tokayev: “Almatı yaxınlığında hava-desant bölməsi ilə terrorçu dəstələr arasında döyüş gedir”
# 05 yanvar 2022 23:10 (UTC +04:00)

“Qazaxıstanda terrorçu dəstələr iri obyektləri ələ keçirir, təyyarələri qaçırırlar”.

APA RİA Novostiyə istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxışı zamanı deyib.

Prezident bildirib ki, terrorçu dəstələr Alma-Atıda 5 təyyarəni qaçırıb: “Almatıda terrorçu dəstələr xarici təyyarələr də daxil olmaqla 5 təyyarəni qaçırıblar. Qazaxıstanda iğtişaşlara səbəb olan terrorçu dəstələr xaricdə ciddi təlim keçiblər.

Tokayev əlavə edib ki, Almatıda və digər şəhərlərdə infrastruktur binalar ələ keçirilib: “Hazırda Almatı yaxınlığında Müdafiə Nazirliyinin hava-desant bölməsi ilə terrorçu dəstələr arasında döyüş gedir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR