Tokayev sabiq müdafiə nazirini tənqid edib

Kasım-Jomart Tokayev

© APA | Kasım-Jomart Tokayev

# 19 yanvar 2022 15:45 (UTC +04:00)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Müdafiə Nazirliyinin keçmiş rəhbərliyini tənqid edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Prezident iğtişaşlar zamanı Müdafiə Nazirliyinin rəhbərliyinin inamsızlıq göstərdiyini, təşəbbüskar olmadığını qeyd edib.

“Keçmiş müdafiə naziri Bektanov komandirlik keyfiyyətləri göstərə bilmədi”, - deyə Tokayev qeyd edib.

Qeyd edək ki, bu gün Tokayevin sərəncamı ilə müdafiə naziri postuna Ruslan Jaksılkov təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR