Tokayev KTMT kontingentinin 2 gündən sonra ölkədən çıxarılacağını bildirib

Kasım-Jomart Tokayev

© APA | Kasım-Jomart Tokayev

# 11 yanvar 2022 10:06 (UTC +04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin əsas missiyası başa çatıb. İki gündən sonra kontingentin Qazaxıstandan mərhələli şəkildə çıxarılmasına başlanılacaq.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.

O, qoşunların çıxarılmasının 10 günə başa çatacağını əlavə edib.

Xatırladaq ki, son hadisələrlə bağlı Qazaxıstana üzvü olduğu KTMT-nin Rusiya, Belarus, Tacikistan, Ermənistan və Qırğızıstandan olan sülhməramlı kontingenti yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR