Tokayev MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək

Kasım-Jomart Tokayev

© APA | Kasım-Jomart Tokayev

# 07 oktyabr 2022 12:35 (UTC +04:00)

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu gün Sankt-Peterburqda keçiriləcək MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Bu gün prezident Kasım-Jomart Tokayev Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edəcək", - deyə mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov oktyabrın 7-də Konstantinovski sarayında MDB ölkələrinin liderlərinin qeyri-rəsmi görüşünün keçiriləcəyini açıqlayıb. Peskov bunu MDB-nin gələn həftə Astanada keçiriləcək sammitinə hazırlıq kontekstində çox mühüm hadisə adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR