Tokayev: Qazaxıstan neftinin böyük hissəsi CPC kəməri vasitəsilə Avropaya çatdırılır

Tokayev: Qazaxıstan neftinin böyük hissəsi CPC kəməri vasitəsilə Avropaya çatdırılır
# 02 iyun 2023 16:05 (UTC +04:00)

Qazaxıstan neftinin böyük hissəsi Xəzər Boru Kəməri Konsorsiumu (Caspian Pipeline Consortium – CPC) neft kəməri vasitəsilə Avropaya çatdırılır.

APA “Sputnik”in Qazaxıstan bürosuna istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.

Qazaxıstan lideri Rusiyadan keçən CPC layihəsini strateji əhəmiyyətə malik adlandırıb və Avropa İttifaqının layihəyə dəstək verməyə çağırıb.

“Hazırda Qazaxıstan neftinin Avropaya ixracının 80 faizi Caspian Pipeline Consortium (CPC) vasitəsilə həyata keçirilir”, - Tokayev vurğulayıb.

“Ümumi maraqlara əsaslanaraq, biz bu strateji əhəmiyyətli neft kəməri vasitəsilə uzunmüddətli və sabit tədarük üçün Aİ-nin gələcək dəstəyinə ümid edirik”, - Qazaxıstan lideri əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR