Tokayev Qazaxıstanda etiraz aksiyaları zamanı saxlanılanların sayını açıqlayıb

Kasım-Jomart Tokayev

© APA | Kasım-Jomart Tokayev

# 14 yanvar 2022 18:39 (UTC +04:00)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsində etiraz aksiyaları zamanı saxlanılan şəxslərin sayını açıqlayıb.

APA-nın xəbərinə görə, Qazaxıstan Prezidenti bu barədə "Twitter" səhifəsində məlumat verib.

O bildirib ki, aksiyalarda və ondan sonra elan olunan fövqəladə vəziyyət zamanı müxtəlif qanun pozuntularına görə 2 minə yaxın insan saxlanılıb.

“Ağır cinayət törətmiş şəxslər qanunla müəyyən edilmiş qaydada cəzalandırılacaqlar. Digər şəxslərin təqsirinin dərəcəsini müəyyənləşdirmək barədə Baş Prokurorluğa göstəriş verilib. Ağırlaşdırıcı hallar olmadıqda, cəzanı yüngülləşdirmək üçün tədbirlər görüləcək”, - Qazaxıstan Prezidenti Tokayev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR