Tokayev: Qazaxıstanın ittifaq dövlətinə daxil olmasına ehtiyac yoxdur

Tokayev: Qazaxıstanın ittifaq dövlətinə daxil olmasına ehtiyac yoxdur
# 29 may 2023 12:57 (UTC +04:00)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəsinin İttifaq dövlətinə daxil olmaq təklifini şərh edib.

APA TASS-a istinadən xəbər verir ki, o qeyd edib ki, Qazaxıstanın İttifaqa qoşulmasına ehtiyac yoxdur.

"Lukaşenko Qazaxıstana İttifaqa daxil olmağı təklif edib. Mən onun zarafatını yüksək qiymətləndirdim. Hesab edirəm ki, buna ehtiyac yoxdur. Çünki İttifaqdan əvvəl Avrasiya İqtisadi İttifaqı var" – deyə Tokayev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR