Tokayev: “Suverenliyimizi və ərazi bütövlüyümüzü qorumağa hazır olmalıyıq”

Qasım-Jomart Tokayev

© APA | Qasım-Jomart Tokayev

# 06 may 2022 12:09 (UTC +04:00)

“Dünyadakı geosiyasi qeyri-sabitlik fonunda Qazaxıstan suverenliyini və ərazi bütövlüyünü qorumağa hazır olmalıdır”.

APA TASS-a istinadən xəbər verir ki, bunu cümə günü prezident Kasım-Jomart Tokayev bir sıra dövlət mükafatlarının, ali hərbi və xüsusi rütbələrin təqdimetmə mərasimində çıxışı zamanı deyib.

“Geosiyasi qeyri-sabitlik, yeni çağırışlar və təhdidlər şəraitində biz milli maraqlarımızı müdafiə etməyə, dövlətin suverenliyini və ərazi bütövlüyünü qorumağa hazır olmalıyıq. Ona görə də müdafiə potensialının gücləndirilməsi həmişə bizim əsas prioritetimiz olacaq", - Qazaxıstanın dövlət başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR