Tokayev Türkiyə Prezidentinin andiçmə mərasimində iştirak edəcək

Kasım-Jomart Tokayev - Rəcəb Tayyib Ərdoğan

© APA | Kasım-Jomart Tokayev - Rəcəb Tayyib Ərdoğan

# 01 iyun 2023 16:29 (UTC +04:00)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyəyə səfər edəcək.

APA xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyasının (Ak Orda) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Tokayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 3 iyunda bu ölkəyə işgüzar səfərə yola düşəcək və səfər çərçivəsində Qazaxıstan lideri Türkiyə Prezidentinin andiçmə mərasimində iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR