Türkiyə Hərbi Dəniz və Hərbi Hava Qüvvələri komandanları təqaüdə göndərilib

İbrahim Kalın

© APA | İbrahim Kalın

# 04 avqust 2022 16:20 (UTC +04:00)

Türkiyə Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin komandanları təqaüdə göndərilib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Yüksək Hərbi Şuranın iclasının nəticələrinə dair açıqlamasında deyib.

O qeyd edib ki, Atilla Gülhan Hərbi Hava Qüvvələrinin, Ercüment Tatlıoğlu isə Hərbi Dəniz Qüvvələrinin yeni komandanı təyin olunublar.

Bundan əlavə, 16 general və admiral daha üst rütbəyə yüksəldilib. 40 general və admiralın səlahiyyət müddəti bir il uzadılıb, 38 general və admiral təqaüdə çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR