Türkiyənin Nəqliyyat naziri: "BTQ regionda sülhü və stabilliyi gücləndirəcək"

Türkiyənin Nəqliyyat naziri: "BTQ regionda sülhü və stabilliyi gücləndirəcək"
  • Clock-gray 19:42
  • calendar-gray 22 Oktyabr 2019

Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu layihəsi ilə gələcəkdə sərnişin daşımaların həyata keçirilməsi regionda iqtisadi əlaqələri fərqli səviyyəyə qaldıracaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Tbilisi İpək Yolu Forumu çərçivəsində Gürcüstanda səfərdə olan Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, bu layihə bölgədə turizmin inkişafına və mədəniyyətlərin inteqrasiyasına töhfə verəcək və beləcə regionda sülhü və stabilliyi gücləndirəcək, xalqların rifahını yaxşılaşdıracaq.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date