Türkiyə Suriya ilə münasibətlərin normallaşması üçün Rusiyadan yardım istəyib

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 18 yanvar 2023 14:01 (UTC +04:00)

Türkiyə Suriya ilə münasibətlərin normallaşması üçün Rusiyadan yardım istəyib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, Türkiyə Suriya ilə münasibətlərin normallaşmasının tərəfdarıdır və bunun üçün Rusiyadan yardım istəyib.

Lavrov Moskvada Rusiya, Türkiyə və Suriya müdafiə nazirləri və kəşfiyyat xidmətləri rəhbərlərinin görüşünün keçirildiyini, hazırda üç ölkənin xarici işlər nazirlərinin görüşünə hazırlıq getdiyini xatırladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR