Türkiyədə daha 142 nəfər koronavirusdan vəfat edib

 Türkiyədə daha 142 nəfər koronavirusdan vəfat edib
# 29 dekabr 2021 22:52 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 142 nəfər dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bu barədə “Twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayınladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 366 363 nəfərin test edildiyi, 36 684 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 25 638 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 130 571 857 peyvənd tətbiq edilib ki, bunun 91,82 faizi birinci, 83,01 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR