Türkiyədə  daha 163 koronavirus xəstəsi vəfat edib

Türkiyədə  daha 163 koronavirus xəstəsi vəfat edib
# 31 dekabr 2021 22:00 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 163 nəfər dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayınladığı cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 372 516 nəfərin test edildiyi, 40 786 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 23 968 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 131 646 005 peyvənd tətbiq edilib ki, bunun 91,69 faizi birinci, 83,14 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR