Türkiyənin ilk aviadışıyıcı gəmisi bu ilin ilk aylarında istifadəyə verilə bilər

Türkiyənin ilk aviadışıyıcı gəmisi bu ilin ilk aylarında istifadəyə verilə bilər
# 02 yanvar 2023 12:51 (UTC +04:00)

Türkiyənin ilk aviadışıyıcı gəmisi “Anadolu”nun bu ilin ilk aylarında istifadəyə verilməsi planlaşdırılır.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar gəmini ziyarət edərkən bildirib.

O qeyd edib ki, gəmiyə ilk dəfə 17 noyabr 2022-ci ildə helikopter eniş edib.

Xatırladaq ki, “Anadolu” gövdəsində silahlı PUA daşıyacaq dünyanın ilk gəmisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR