Ukrayna 55 hərbçini Rusiyaya qaytarıb

Ukrayna 55 hərbçini Rusiyaya qaytarıb
# 22 sentyabr 2022 13:11 (UTC +04:00)

Danışıqlar nəticəsində Ukrayna tərəfi Rusiyaya 55 hərbi qulluqçu qaytarıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Danışıqlar nəticəsində Ukrayna ərazisində olan Rusiya, “DXR” və “LXR”-in 55 hərbi qulluqçusu qaytarılıb. Onlar əsirlikdə ölümlə təhdid edilirdi. Ukrayna əsirliyindən qaytarılan bütün hərbiçilər Rusiya ərazisinə gətirilib və hazırda tibb müəssisələrinə yerləşdiriliblər”, - Rusiya MN-dən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR