Ukrayna ilə sərhəddə ölmüş ekipajı ilə birlikdə “KV-1” tankı tapılıb - FOTO

Ukrayna ilə sərhəddə ölmüş ekipajı ilə birlikdə “KV-1” tankı tapılıb - FOTO
# 03 iyul 2019 06:34 (UTC +04:00)

Rostov vilayətində Ukrayna ilə sərhəddə "Mius-Front" axtarış assosiasiyası tərəfindən Böyük Vətən Müharibəsində iştirak etmiş “KV-1” sovet tankı tapılıb.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, ekipajın qalıqları da tankın içərisində tapılıb.


"Mius-Front" rəhbəri Andrey Kudryakov bildirib ki, ehtimala görə, bu tank 1943-cü ilin yazında Alman Cəbhəsinin cənub cəbhəsini yararkən alman təyyarələri tərəfindən məhv edililıb.

“KV-1”-in 62-ci ağır tank briqadasının tərkibinə daxil olduğu bildirilib.

Arxiv sənədlərində göstərilib ki, sözügedən hücum 18 avqust 1943-cü ildə baş verib. Həmin döyüşdə sovet qoşunları 15 texnika itirib.

1939-1942-ci illərdə istehsal edilmiş “KV-1” o dövrün 76 mm çaplı ağır tankı hesab edilirdi. Finlandiya ilə müharibədə də bu tanklardan istifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR