Ukrayna MN: Rusiyada könüllülərin orduya cəlb edilməsi intensivləşir

Ukrayna MN: Rusiyada könüllülərin orduya cəlb edilməsi intensivləşir
# 02 may 2022 20:17 (UTC +04:00)

Rusiyada müqavilə əsasında könüllülərin hərbi xidmətə cəlb edilməsi kampaniyası intensivləşdirilir.

APA-nın “Ukranews.com” saytına istinadən xəbərinə görə, bu barədə məlumatı Ukrayna Müdafiə Nazirliyinin Hərbi kəşfiyyat xidməti yayıb. Bildirilib ki, könüllülər Rusiyanın hərbi kontingentinin artırılması üçün Ukraynaya göndəriləcək.

Əlavə olunub ki, Rusiyanın hərbi rəhbərliyi Uzaq Şərq və Sibir federal dairələrinin rəsmiləri qarşısında həftəlik 200 könüllünün orduya göndərilməsi norması qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR