Ukrayna müharibəsinə görə 104 mindən çox rusiyalı Serbiyada yaşamaq icazəsi alıb

Ukrayna müharibəsinə görə 104 mindən çox rusiyalı Serbiyada yaşamaq icazəsi alıb
# 16 noyabr 2022 19:17 (UTC +04:00)

Son 9 ayda 104 mindən çox Rusiya vətəndaşı Serbiyada 1 il müddətinə yaşamaq icazəsi alıb.

APA-nın Moskva müxbirinin Rusiya mediasına istinadən verdiyi xəbərə görə, bu barədə Serbiya milli televiziyası məlumat yayıb.

Qeyd olunub ki, eyni müddət ərzində 18 min ukraynalının Serbiyada qaçqın statusu aldığı bildirilib.

Xatırladaq ki, bu ilin fevralın 24-də Rusiya Ukraynada müharibəyə başlayıb. Rəsmi Moskva Ukraynadakı müharibəni xüsusi hərbi əməliyyat adlanırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR