Ukrayna Rusiya ilə əməkdaşlıq edən 185 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib

Ukrayna Rusiya ilə əməkdaşlıq edən 185 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib
# 29 yanvar 2023 00:55 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyaya dəmir yolu nəqliyyatında yardım edən 185 hüquqi və fiziki şəxsə qarşı sanksiya tətbiq edən fərman imzalayıb.

APA-nın xəbərinə görə, bunu Zelenski özünün Telegram kanalında deyib.

“Söhbət 185 şirkət və fiziki şəxsdən gedir. Onların Ukraynadakı aktivləri bloklanıb, əmlak bizim müdafiəmiz üçün istifadə olunacaq”.

Ukrayna Prezidentinin saytında dərc olunan siyahıda 3 fiziki və 182 hüquqi şəxs var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR