Ukrayna səfiri: “Azərbaycanlı iş adamlarının təhlükəsizliyi təmin olunur”

Ukrayna səfiri: “Azərbaycanlı iş adamlarının təhlükəsizliyi təmin olunur”
# 10 sentyabr 2019 12:27 (UTC +04:00)

“Ukraynada azərbaycanlı iş adamlarının təhlükəsizliyinin təmin olunması ilə bağlı iki ölkənin hüquq-mühafizə orqanları yaxından əməkdaşlıq edir”.

APA-nın xəbərinə görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Əminliklə deyə bilərik ki, bu məsələ nəzarət altındadır və vəziyyət stabildir”, - səfir qeyd edib.

Qeyd edək ki, bir neçə il əvvəl Azərbaycanın Baş prokuroru Zakir Qaralov Ukraynada azərbaycanlılara qarşı zorakılıq hərəkətlərinə yol verilməsi ilə əlaqədar ukraynalı həmkarına müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR