Ukrayna və Rusiya daha 100 hərbçinin meyitini dəyişib

Ukrayna və Rusiya daha 100 hərbçinin meyitini dəyişib
# 08 iyun 2022 17:43 (UTC +04:00)

Ukrayna və Rusiya daha 100 hərbçinin meyitini dəyişib.

APA-nın xəbərinə görə, məlumatı Ukraynanın Reinteqrasiya Nazirliyi yayıb. Bildirilib ki, Ukrayna və Rusiya arasında əldə edilmiş razılaşma əsasında həlak olmuş hərbçilərin meyitləri Zaporojye regionundakı cəbhə xəttində "50-nin 50-yə" prinsipi əsasında dəyişdirilib.

Ukraynaya qaytarılan 50 meyitdən 37-nin "Azovstal"da həlak olmuş hərbçilər olduğu bildirilib.

Məlumatda qeyd olunub ki, meyitlərin mübadiləsi prosesi davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR