Ukraynada müharibə başlayandan 600-ə yaxın rusiyalı diplomat Qərb ölkələrindən çıxarılıb

Ukraynada müharibə başlayandan 600-ə yaxın rusiyalı diplomat Qərb ölkələrindən çıxarılıb
# 26 yanvar 2023 08:36 (UTC +04:00)

Qərb ölkələri, eləcə də ABŞ-ın Sakit Okean sahili bəzi müttəfiqləri 24 fevral 2022-ci ildən bəri ümumilikdə 574 rus diplomatını arzuolunmaz şəxs elan ediblər.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bütün bunlar müxtəlif səbələrdən - həm Ukraynadakı vəziyyətlə bağlı, həm də diplomata yaraşmayan fəaliyyətlə bağlı olub.

Bolqarıstan daha çox rus diplomatını ölkədən çıxarıb.

Burada 83 nəfər arzuolunmaz şəxs elan olunub.

Digər yerlərdə Polşa (45), Almaniya (40), Slovakiya və Fransadır (hər biri 35).

Rusiyanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin 19 əməkdaşı da ölkədən çıxarılıb.

Qeyd edək ki, hazırda bu statistika yüksək göstərici sayılır.

Təkcə 2018-ci ildə Skripal işi ilə bağlı indiki saydan beş dəfə az (123 nəfər) rus diplomatı arzuolunmaz şəxs elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR