Ukraynada müharibə vaxtı kişilərin xaricə getməsinə icazə verilməyəcək

Denis Şmıqal

© APA | Denis Şmıqal

# 09 may 2022 14:00 (UTC +04:00)

Ukraynada çağırış yaşında olan kişilərin ölkədən çıxmasına icazə verilməyəcək.

APA xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal açıqlama verib.

“Hərbi vəziyyət dövründə bu planlaşdırılmır. Burada kişilər qərar verir, amma yenə də hesab edirəm ki, müharibə dövründə bütün kişilər Ukraynada qalmalıdır”, - o vurğulayıb.

Hazırda hərbi vəziyyətlə bağlı 18-60 yaş arasında kişilərin Ukraynadan çıxışına qadağa qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR